Overview
Category
Financial Services
Vergi mübahisəli məsələlərinin həlli sahəsində ixtisaslaşmış şirkətimiz konsaltinq, mühasibatlıq, sahibkarlıq, biznes planlarının hazırlanması, investisiya təşviqi sənədinin alınması xidmətlərini həyata keçirir. Əməkdaşlarımızın vergi və maliyyə sahəsində yüksək biliyə malik olması, profesionallıqları və uzunmüddətli iş təcrübəsinə sahib olmaları sayəsində partnyorlarımıza peşəkar və etibarlı xidmətlərin göstərilməsini təmin edirik. Bizim işimizin əsas məqsədi maliyyə, DSMF, gömrük, vergi məsləhətləri və mühasibatlıq xidmətlərini təqdim etməkdir. Vergi məsləhətləri zamanı biz problemləri müxtəlif formatda qiymətləndirməyə çalışırıq və müştərilərə çox perspektivli və praktik məsləhətlər veririk. Apardığımız dəyərləndirmə nəticəsində müştərilərin vergi yükü xeyli yüngülləşir və biznesin inkişafına şərait yaradır.